Türkiyəli müğənni Güllü bədbəxt hadisə nəticəsində həlak olub.
Axşam.az xəbər verir ki, 51 yaşlı ifaçı Çınarcıkdakı evinin eyvanından yıxılaraq həyatını itirib. Güllünün oğlu məsələ ilə bağlı açıqlama yayaraq anasının intihar etməsi ilə bağlı çıxan xəbərləri təkzib edib.
Qeyd edək ki, Güllünün "Kasımpaşalıyım", "Gülüm var", "Oyuncak gibi", "Değmezmiş sana", "Balıkesir bandırma", "Benim vicdanım rahat" kimi mahnıları məşhurdur.