Qırmızı xalçaya ayaq qoyan kimi yıxıldı – video+fotolar
Klip
13:28 / 03.09.14
4075dəfə oxunub
A-
A
A+
Dünən Londonda “GQ” jurnalının keçirdiyi “İlin kişisi” mükafatlandırma mərasimində maraqlı anlar yaşanıb.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, tədbirdə aktyor Cerard Batler aparıcılıq edib. Mərasimin ən çox danışılan hadisəsi isə britaniyalı bəstəkar-aparıcı Culs Hollandın qırmızı xalçaya ayaq basar-basmaz, yıxılması olub. Özünü itirməyən aparıcı yıxılmasını əsl şouya çevirib.
Təqdimat mərasiminin ulduzları arasında Conni Depp, Nikol Şerzinqer, Kanya Vest və Farrel öz avanqard libasları ilə fərqlənib. “İlin kişisi” adına namizədlər isə hər zaman dəbdə olan qara və tünd göy rənglərinə üstünlük veriblər.