Xəbər verdiyimiz kimi, Xalq artisti Əminə Yusifqızı ötən gün vəfat edib.
Mədəniyyət nazirliyindən Axşam.az-a verilən məlumata görə, mərhumla vida mərasimi keçiriləcək.
Mərasim bu gün saat 12:00-da Təzə Pir məscidində planlaşdırılıb.
Qeyd edək ki, Ə.Yusifqızı 89 yaşında dünyasını dəyişib.
***
Xalq artisti Əminə Yusifqızı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.