Səs yazısı yayılan direktor işdən çıxarıldı

Səs yazısı yayılan direktor işdən çıxarıldı
1058 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva işdən azad edilib.

Bu barədə Axşam.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, Agentliyin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Qeyd edək ki, sosail şəbəkələrdə Afaq Əliyevanın səs yazısı yayılıb. Direktor həmin səs yazısında məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir. Lalə Şəfaqətova isə direktora bundan çəkindiyini bildirir.