Nəzrinin ölümünə görə həbs edilən həkimə hökm oxundu

Nəzrinin ölümünə görə həbs edilən həkimə hökm oxundu
3708 dəfə oxunub
  • A-
  • A
  • A+

30 yaşlı Nərmin Mansurlunun burun əməliyyatından sonra ölməsi ilə bağlı həbs edilən cərrah Sənan Mehdiyevin məhkəmə araşdırması başa çatıb.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Sənan Mehdiyev ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib. Amma onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Bu tip müəssisələrdə cəza çəkən məhkumlara isə müəyyən şərtlər daxilində müəssisə hüdudlarından kənara çıxmağa icazə verilir.