“Məsti Xumar”ı rok janrında oxudular - Video

“Məsti Xumar”ı rok janrında oxudular - Video
1271 dəfə oxunub
  • A-
  • A
  • A+

“Döngə” qrupu bu dəfə dinləyicilərinə fərqli bir layihə təqdim edib.

Axşam.az xəbər verir ki, qrup meyxana janrında olan “Məsti Xumar” mahnısını yeni tərzdə səsləndirib.

Qrup mahnı ilə yanaşı 1990-cı illərin ab-havasında çəkilmiş bir klip də təqdim edib. Videoda “Döngə”nin gündəlik həyatı, məşqlərdən və səsyazma prosesindən görüntülər, eləcə də səhnə çıxışlarından kadrlar yer alıb.

Mahnının söz və musiqisinin müəllifi mərhum meyxanaçı Elçin Maştağalıdır.