Aparıcı Rövşanə Ağasəfqızı daha bir ginekoloqun paylaşımlarını tənqid edib.
Axşam.az xəbər verir ki, aparıcı cerrah-mama-ginekoloq Toğrul Yahyayevin TikTok paylaşımlarından video yayımlayıb.
R.Ağasəfqızı prosedur zamanı lentə alınan videonun yayımlanmasını ələ salıb.
"Əvvəllər hissiyat ürək, könül məsələsi idi... İndi beldən aşağı düzüb-qoşurlar. O da deyir, bir ildən bir əl gəzdirmək lazımdır ki, xoda düşsün. Bu arada həkimin baxışı, pasiyentin gülüşü çox xoşuma gəldi. Həkim deyir ki, səsi çıxmır. Məncə, səsi sonra çıxacaq. gedim həkimə mesaj yazım" deyə, aparıcı paylaşımına yazıb.
