Ata olmağa hazırlaşan HammAli xanımından danışdı

Ata olmağa hazırlaşan HammAli xanımından danışdı
935 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı müğənni HammAlinin ilk övladı dünyaya gələcək.

Axşam.az-ın məlumatına görə, reper solo konsertindən sonra jurnalistələrin suallarını cavablandırıb. Sənətçi güclü emosiyalar yaşadığını, lakin sevinc göz yaşları olmadığını etiraf edib.

"Ağlamadım, amma həqiqətən sevindim və narahat oldum. Mən daha çox narahatam: həyat yoldaşım üçün çox narahat idim, indi də onun üçün həyəcanlanıram. Bu, şəxsi məsələdir. Xəbəri alanda dərhal paylaşmadıq. Bütün yoxlanışları etdik, hər şeyin yolunda olduğuna əmin olduq. Sonra bunu yaxınlarımızla bölüşdük" deyə, HammAli əlavə edib.

HammAli bildirib ki, o və həyat yoldaşı Emili artıq körpənin cinsini bilir və ona ad seçiblər.