Monrealda şəxsi şam yeməyindən fotoları sızdırıldıqdan sonra münasibətdə olduqları haqda xəbərlər yayılan dünyaca məşhur müğənni Keti Perri və Kanadanın keçmiş baş naziri Castin Trüdo lüks yaxtada öpüşərkən görüntülənib.
Axşam.az xəbər verir ki, Monreal restoranında xüsusi şam yeməyi yeyərkən görüntülənən və o zaman "sadəcə yaxın dostlar" olduqlarını bildirən cütlük yeni fotoları ilə eşq yaşadıqlarını təsdiqləyiblər. Britaniyanın “Daily Mail” qəzetinin dərc etdiyi fotolarda müğənninin 24 metrlik “Caravelle” yaxtasında Perri və Trüdonun öpüşdüyü əks olunub.
Bildirilib ki, yaxınlıqda balina seyri turunda olan turistlər romantik an zamanı cütlüyün fərqinə varıblar, lakin Perri və Trüdonu vəziyyət heç də narahat etməyib.
Qeyd edək ki, Keti Perri bu yaxınlarda aktyor Orlando Blum ilə uzunmüddətli münasibətinə son qoyub. Məşhur cütlüyün bir qızı var. Kanadanın baş naziri Castin Trüdo 2023-cü ildə 18 illik həyat yoldaşı Sofi Qrequar Trüdodan ayrılıb və onun şəxsi həyatı o zamanlar ölkəsində isti mövzuya çevrilib.
