“Organize İşler: Karun Hazinesi” serialına daha bir aktrisa daxil olub.
Axşam.az xəbər verir ki, ekran işində Afra Karagöz rol alacaq. O, layihədə Başak Köklükayanın həyat verdiyi “Nergis”in gəncliyini canlandıracaq.
Afra həmçinin serialda Kubilay Akanın tərəf müqabili olacaq.
Qeyd edək ki, ekran işində Demet Akbağ, Kıvanç Tatlıtuğ, Selim Bayraktar, Uraz Kaygılaroğlu, Bensu Soral, Atakan Çelik, Burcu Özberk, Rıza Kocaoğlu kimi aktyorlar çəkiləcək.
