"Yaprak dökümü"ndə yaxın idik, sonradan qəlbim qırıldı"

"Yaprak dökümü"ndə yaxın idik, sonradan qəlbim qırıldı"
5089 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Halil Ergün illər sonra "Yaprak dökümü" serialında rol alan aktrisalardan danışıb.

Axşam.az xəbər verir ki, aktyor Dəniz Çakırın artıq onunla görüşmədiyini açıqlayıb:

"Yarpaq dökümü" məktəb idi. Gökçe Bahadır və Fahriyə Evcən çox pul qazanmaq üçün deyil, sənətlərini təkmilləşdirmək üçün ekran işinə çəkildilər. Səhər 8-9-da orda olurduq və kənarda demək olar ki, həyatımız yox idi. Bu, çəkilişlərdə də öz əksini tapdı. O vaxtlar Dəniz Çakırla aramız çox yaxşı idi, indi də bir-birimizi görəndə salamlaşırıq. Serial bitəndən sonra ən çox onu görürdüm. Sonradan bu, azaldı. Bu, vəfasızlıq deyildi, amma qəlbim qırıldı".