Aktyor Efecan Dianzenza boşanmasından peşmandır.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
Efecan "16 illik evliliyimi sonlandırdığıma görə çox peşmanam. Üzr istəyirəm. Tək varlığım ailəmdir və onları geri qazanmaq üçün hər şey edəcəyəm" deyərək, ağlayıb.
Qeyd edək ki, cütlük 5 ay əvvəl boşanıb.
Efecan "Hürkuş: Göklerdeki Kahraman" filmində rol alıb. O, tamaşaçılara "Survivor" yarışmasından da tanışdır.