Müğənni Tacir Şahmalıoğlu uzun müddətdir Azərbaycandan köçən duet ortağı Fədayə Laçından danışıb.
Axşam.az xəbər verir ki, "Qonaqcanlı" verilişinə qatılan T.Şahmalıoğlu ifaçının artıq Azərbaycana qayıtmaq istəmədiyini deyib.
"Fədayə kareyrasını Rusiyada qurub. Orada çalışır, toylara gedir. Deyir ki, niyə gəlim? Bakıda bir anam qalıb. Lazım gələndə pul göndərirəm. Oğlu yanındadır. Fədayə dağlar qızıdır, tərəf müqabilimdir. Münasibətimiz yaxşıdır" deyə, müğənni əlavə edib.