Bir ailənin 5 övladı Maykl Ceksonu zorakılıqda ittiham edib

Bir ailənin 5 övladı Maykl Ceksonu zorakılıqda ittiham edib
1059 dəfə oxunub
  • A-
  • A
  • A+

Kaskio ailəsi beş övladının mərhum müğənni Maykl Cekson tərəfindən 25 ildən çox cinsi istismara məruz qalması və psixoloji manipulyasiya olunduğunu iddia edir.

Axşam.az xəbər verir ki, ailə müvafiq şikayət ərizəsini artıq məhkəməyə verib.

Bildirilib ki, sənətçi əvvəllər Disneylanddə və Neverland malikanəsində birlikdə vaxt keçirən Kaskionun yaxın dostu sayılıb. İddia edilir ki, sui-istifadə halları on illərlə davam edib və yetkinlik yaşına qədər yaşadıqlarını gizlədiblər.

Məxfi razılaşmanın müddəti başa çatdıqdan sonra Kaskio ailəsi hüquqların pozulması və Ceksonun varisləri tərəfindən təzyiqlərə məruz qaldığını iddia edərək 160 milyon funt-sterlinq tələb edir.

Bu son qalmaqal 2009-cu ildə dünyasını dəyişən və artıq “Leaving Neverland” sənədli filmindəkilər də daxil olmaqla, cinsi istismar iddialarına məruz qalan müğənninin reputasiyasına ən ciddi zərbə hesab olunur.