Aktrisa Bensu Soral son dövrlərdə üz cizgilərindəki nəzərəçarpacaq dəyişikliklərlə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, Paris Moda Həftəsində iştirak etdiyi markanın dəfiləsində görünməsi və sosial mediada paylaşdığı fotolar onun estetik müdaxilələr etdirdiyinə dair iddialara səbəb olmuşdu.
Sosial media istifadəçilərindən bəziləri Soralın çənə və yanaq sümüklərindəki kəskinləşməni estetik əməliyyatla əlaqələndirmişdilər.
Lakin Bensu Soral sosial şəbəkədə etdiyi açıqlamada bu iddiaları qəti şəkildə təkzib edərək, üzünə heç bir estetik müdaxilə etdirmədiyini bildirib.