Xəbər verdiyimiz kimi, Xalq artisti, tarzən Ramiz Quliyev ötən gün dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində mərhumla vida mərasimi keçirilir.
Mərasimdə Xalq artistinin ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, mərhum sənətkar II Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, Ramiz Quliyev ötən gün 78 yaşında vəfat edib. O, səhhətinin pisləşməsi səbəbindən sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.
Foto: Rüstəm Fərman