"Ramiz Quliyevi həm övladı, həm dostu, həm də tələbəsi kimi yola salıram".
Axşam.az xəbər verir ki, bu sözləri ötən gün dünyasını dəyişən Xalq artisti Ramiz Quliyevin oğlu, Əməkdar artist Eyyub Quliyev media nümayəndələrinə açıqlamasənda deyib. O, atasının xəstəliyindən danışıb:
"Ümid edirdik ki, xəstəliklə mübarizədə qalib gələcək, amma olmadı. Üç həftə xəstəxanada, reanimasiyada qaldı. Müalicə alırdı. Onun ölümü Azərbaycan xalqı üçün böyük itkidir".
E.Quliyev çıxışı zamanı kövrəlib. O bildirib ki, atasının sənətini yaşadacaq:
"Atamın ruhu ucalardan bizi izləyir. Onun yetişdirdiyi tələbələr, istedadlı tərzan ordusu var. Musiqi Akademiyamıza çox bağlı idi. Hər zaman deyirdi buradan getmərən: bu döşəməyə Üzeyir Hacıbəyovun ayağı dəyib. Xalq, Əməkdar artistləri var ki, onun tələbəsi olub. Ramiz müəllimin qoyduğu böyük miras yaşayacaq. Tələbələrin ifası, yaradıcılığı onun yaradıcılığı deməkdir. Onun ailəsi, nəvələri adını uca tutacaq. Danışmaq çətindir".