Sia ləqəbi ilə tanınan müğənni Sia Keyt İzobelle Fürlerin keçmiş həyat yoldaşı Daniyel Bernad ondan öz şəxsi xərcləri üçün hər ay 250 min dollar aliment tələb edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, bu məbləğ lüks və təminatlı həyat tərzini qoruyub saxlamaq üçün lazımdır. Çünki o, evlilik dövründə bu cür həyata öyrəşib.
Məhkəmənin məlumatına əsasən, cütlük ayda 400 min dollardan çox vəsaiti şəxsi təyyarələrə, səyahətlərə, bahalı restoranlarda naharlara və bir neçə əməkdaşın maaşına xərcləyirdi.
Daniyel isə bildirib ki, heç vaxt xərclərinə nəzarət etməyiblər.
Qeyd edək ki, bu ilin martında boşanan cütüyün bir övladı var.