Bu ölkədə 13 saatlıq iş gününə icazə verildi, narazılıq yaratdı

Bu ölkədə 13 saatlıq iş gününə icazə verildi, narazılıq yaratdı
449 dəfə oxunub
  • A-
  • A
  • A+

Yunanıstan parlamentinin özəl sektorda 13 saatlıq iş gününə icazə verən qanun qəbul etməsi ciddi narazılıq doğurub.

Axşam.az xəbər verir ki, qanun layihəsi parlamentdə sağçı partiyaların dəstəyi ilə qəbul olunub. Solçu partiyalar isə qərarı kəskin tənqid ediblər.

Qanun ikidən çox işçisi olan müəssisələrə bəzi günlərdə haqqı ödənilməklə əməkdaşları 13 saat işlətməyə icazə verir. Hazırda ölkədə 8 saatlıq iş rejimi tətbiq edilir. İşəgötürən xüsusi hallarda əməkdaşları 11 saat işlədə bilər.