Fransalı kino aktrisası Brijit Bardo xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən 91 yaşlı aktrisa əməliyyat olunub. Artıq 3 həftədir müalicəsi davam etsə də, bu barədə indi məlumat yayılıb.
Qeyd edək ki, Brijit "Və Tanrı qadını yaratdı" filmindəki obrazı ilə tanınıb.