Test nəticələrinə etiraz etdilər

Test nəticələrinə etiraz etdilər
1203 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən həftə 19 türkiyəli məşhurdan götürülən narkotestlərin nəticələri artıq açıqlanıb.

Axşam.az-ın məlumatına görə, onlar içərisində bir çoxunun qanında narkotik tapılıb. Bu xəbərin ardınca tanınmışların bir çoxu nəticələrə etiraz edib. Ötən gün bloger Dilan Polat ağlaya-ağlaya yayımladığı videoda haqsızlıqla üzləşdiyini, ancaq həkim məsləhəti ilə dərman içdiyini bildirib. 

Aktrisa Birce Akalay isə nəticəyə etiraz edəcəyini açıqlayıb:

"Bildirmək istəyirəm ki, ən qısa zamanda vəkilim vasitəsilə Məhkəmə Tibbi Ekspertizanın rəyinə etiraz edəcəyəm. Təbii ki, əgər doğrudursa".

Aktrisa Defne Samyelinin qızları Deren və Derin Talunun da narkotik testi müsbət çıxıb. Bacılar bununla bağlı açıqlama yayaraq, etirazlarını belə dilə gətiriblər:

"Şokdayıq. Həyatımızda heç vaxt narkotik istifadə etməmişik. Nəticələr doğru deyil. Birinin adını qaralamaq bu qədər asandırmı? Yalnız qanımdakı sertralinlə bağlı nəticə doğrudur, mənim qəbul etdiyim antidepressant dərmanlardır. Bir daha anladım ki, antidepressanlartdan istifadə etmədən bu ölkədə yaşamaq mümkün deyil. Başqa xəstəxanada yenidən testdən keçəcəyəm və adımın qaralanmasına icazə verməyəcəyəm”.

Defne Samyeli isə Məhkəmə Tibbi Ekspertizanın rəyinə inanmadığını söyləyib:

“Təkcə narkotikə deyil, hətta siqaretə də qadağa qoyulmasını müdafiə edən biriyəm. Narkotiklərin qanunsuz dövriyyəsi, yayılması ilə mübarizədə dövlətin effektivliyi artıq böyük bir sual altındadır. Bu insanların tez-tələsik necə aşkara çıxarıldığı, barələrində şikayətin necə verildiyi barədə bizə, ailələrə məlumat verilməyib. Başqa bir xəstəxanada uşaqlarım üçün bu testləri yenidən aparacağıq”.

Qeyd edək ki, Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın analiz nümunələrində narkotik maddə tapılıb.