Türkiyəli müğənni Mustafa Sandal İngiltərədən ömürlük viza alıb.
Axşam.az xəbər verir ki, Böyük Britaniyada Mədəniyyət Departamentinə bağlı bir qurum tərəfindən ifaçıya ömürlük “Qlobal sənətçi vizası” təqdim olunub.
Qurum Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə məktub göndərib. Böyük Britaniya Mədəniyyət Departamentinin rəsmi məktubunda həmçinin müğənninin dünya üzrə mükafatları, konsertləri və səkkiz dilə tərcümə edilmiş bəstələrinin 24 ölkədə hit-paradlarda birinci yeri tutması faktı da qeyd olunub.
Bu, həm də bir türk ifaçısının ilk dəfə "beynəlxalq sənətçi" statusu almasıdır.