Rafael İsgəndərov biznes qurmaq istəyir

Rafael İsgəndərov biznes qurmaq istəyir
736 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Rafael İsgəndərov arzularından danışıb. 

Axşam.az xəbər verir ki, "Efirdən kənar" proqramına qonaq olan aktyor gələcəkdə qurmaq istədiyi biznesləri sadalayıb. O bildirib ki, sex açmaq istəyir:

"Dünya səyahətinə çıxmaq istəyirəm. Balaca sex istəyirəm: taxta, svarka, qaynaq işləri edim. Satım, amma özüm edim. Bir gün bunu edəcəyəm. 53 yaşa gəlib çıxmışam, hələ qalıb. Böyük yer olmasın, balaca bir məkan olsun. İllərdir planlaşdırıram motosiklet alacağam. Qərarlaşdırıb ala bilmirəm. Biznes isə sənətimdir. Dünyanı tutub durası deyiləm. Pensiya yaşıma qədər işləyəcəyəm. Dövlət yaxşı pensiya verər, çıxıb onla gəzərəm".