"Musa əvvəl rəhmətə getsin ki, onu şanlı-şöhrətli dəfn etdirim"

"Musa əvvəl rəhmətə getsin ki, onu şanlı-şöhrətli dəfn etdirim"
2012 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Təranə Qumral "Gün ortası" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçının həyat yoldaşı, müğənni Musa Musayevlə bağlı açıqlaması müzakirələrə səbəb olub. Belə ki, o, həyat yoldaşının ondan əvvəl dünyasını dəyişməsini istədiyini bildirib:

"Musa həmişə namazda Allaha dua edir ki, birinci mənim canımı al. Mən də bunu istəyirəm. Çünki mən onu şanlı-şöhrətli dəfn etdirməliyəm. İndi yas yerlərində gedənlər deyir ki, "nə gündə keçdi". Musa məndən əvvəl rəhmətə getsə, üzrlü say, səni şanlı-şöhrətli dəfn etməliyəm ki, dillərə dastan olsun. Əgər mən birinci ölsəm onu o cür dəfn edən olmayacaq. Ondan 3 gün sonra da özüm ölərəm. Qoy, məni dəfn edən olmasın".