Fransada daha bir muzey qarət olundu

Fransada daha bir muzey qarət olundu
479 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransanın Lanqr şəhərində "Deni Didro Maarif Evi"ni qarət edilib.

Axşam.az xəbər verir ki, hadisə Luvr Muzeyində baş vermiş oğurluqdan cəmi bir neçə saat sonra baş verib.

XVIII-XIX əsrlərdə zərb edilmiş qızıl və gümüş sikkə kolleksiyası naməlum şəxslər tərəfindən oğurlanıb.

Oğruların muzeyə oktyabrın 19-dan 20-nə keçən gecə girdiyi deyilir.

Qeyd edək ki, Luvrdakı qarət 7 qəqiqə rəzində baş tutub. Oöurlanan zinət əşyalarının 88 milyon avro dəyərində olduğu bildirilib.