Timati evlənir

Timati evlənir
685 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı reper Timati yaxın vaxtlarda özündən 20 yaş kiçik model nişanlısı Valentina İvanova ilə nikah masasına oturmağa hazırlaşır. 

Axşam.az xəbər verir ki, bu barədə prodüser Sergey Dvortsov bildirib. Onun sözlərinə görə, Timati təmtəraqlı və yaddaqalan toy mərasimi keçirməyi planlaşdırır. Məclisdə VİP qonaqların iştirak edəcəyi, gəlinin libası və reperin geyiminin xüsusi hazırlanacağı ehtimal olunur.

Mərasimin dəqiq tarixi hələ müəyyənləşməsə də, toyun yaxın vaxtlarda baş tutacağı gözlənilir.

Qeyd edək ki, Timatinin modellər Alyona Şişkova, Anastasiya Reşetova və Valentina İvanovadan övladları var. Lakin reper indiyə qədər rəsmi nikaha daxil olmayıb.