Yol bağlandığı üçün maşında doğulan körpə öldü

Yol bağlandığı üçün maşında doğulan körpə öldü
1755 dəfə oxunub
  • A-
  • A
  • A+

Xaçmazda körpə avtomobildə doğuş zamanı ölüb.

Axşam.az “Report”a istinadən xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidən keçən dəmir yolu xətti təmirə bağlandığına görə avtomobildə qalaraq xəstəxanaya çata bilməyib.

Nəticədə doğuş “VAZ-21010” markalı nəqliyyat vasitəsində baş tutub. Ancaq bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.

X.A. isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.