Rusiyanın dron zərbəsi nəticəsində ukraynalı müxbir və operator həlak oldu

Rusiyanın dron zərbəsi nəticəsində ukraynalı müxbir və operator həlak oldu
405 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynanın “Freedom” telekanalının jurnalistləri Kramatorskda Rusiyanın “Lancet” pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olublar.

Axşam.az xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat yayıb.

Bildirilib ki, həlak olanlar telekanalının jurnalisti Yelena Qubanova və operatoru Yevgeni Karmazindir. Alenanın 43, Yevgeninin isə 33 yaşı var idi.

Hadisə nəticəsində xüsusi müxbir Aleksandr Kolıçev də yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, jurnalistlər hadisə zamanı yanacaqdoldurma məntəqəsində maşında olublar.

Ukrayna Kütləvi İnformasiya İnstitutunun məlumatına görə, genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 114 ukraynalı jurnalist xidməti vəzifələrini yerinə yetirərkən həlak olub.