Məşhur isveçli aktyor və musiqiçi Björn Andersen vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor 70 yaşında dünyasını dəyişib. Andersenin ölüm səbəbi dəqiqləşdirilməyib.
Qeyd edək ki, aktyor "Venesiyada ölüm" italyan filmində rol aldıqdan sonra şöhrət qazanıb. Filmin rejissoru Luçino Viskonti onu "20-ci əsrin ən yaraşıqlı oğlanı" adlandırıb. 2021-ci ildə Andersen rejissor Kristian Petrinin eyniadlı sənədli filmində əsas personaj olub.