Mehriban Zəki və Sevinc Çılğından Dilarə Əliyevaya ad günü sürprizi

Mehriban Zəki və Sevinc Çılğından Dilarə Əliyevaya ad günü sürprizi
2038 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Mehriban Zəki və şair Sevinc Çılğın Əməkdar artist Dilarə Əliyevaya maraqlı sürpriz hazırlayıb.

Axşam.az xəbər verir ki, S.Çılğının aktrisaya ithaf etdiyi "Dostum" şeirinə Xalq artisti Mehriban Zəki və Pərviz Hüseyn mahnı bəstələyiblər. Mahnı M.Zəkinin ifasında ekranlaşdırılıb.

"Dostum" klipinin rejissoru İlham Yaşaroğlu və Sevinc Çılğın, operatoru Kənan Məmmədov, gafferi Nihad Malikli, montajçısı Tacəddin Dəmirov, prodüseri isə Günay Məhərrəmovadır.