"Piknik"də nələr olacaq? - anons

"Piknik"də nələr olacaq? - anons
1914 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Piknik” verilişinin növbəti buraxılışında maraqlı anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, proqramın budəfəki qonağı müğənni Elnur Məmmədov, aparıcılar - Afaq Gəncəli və Nərgiz Vahabqızı olub. Elnur şəxsi həyatından danışıb.

O, evləndikdən sonra əsl sevginin nə demək olduğunu başa düşdüyünü söyləyib.

Nərgiz yalnız ağılla ailə quracağını deyib. Aparıcı Kəmalə Piriyevanın “Bir xanım müğənni digər bir qadının pul kisəsini oğurlayıb” sözlərini kimə ünvanladığı “Piknik”də bəlli olacaq.

Qeyd edək ki, verilişə hər həftənin şənbə günü saat 16:00-da baxa bilərsiniz. Proqramın rejissoru və layihə rəhbəri Aynurə Tahirqızı, aparıcılar Kəmalə Piriyeva, İslam Mehrəliyev, operatoru Əli Hüseynov, Tural Əhmədov, montajçısı Əhməd Heybətov, prodüseri Gülnarə Rəsul, baş redaktoru Tünzalə Məlikovadır.