Amerikalı aktrisa Dayan Ledd vəfat edib.
Axşam.az xəbər verir ki, aktrisa 89 yaşında evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qızı onun yanında olub.
Qeyd edək ki, Dayan Martin Skorsezenin "Alisa artıq burada yaşamır" filmindəki "Flo" rolu ilə tanınıb. O, karyerası ərzində Ledd 200-dən çox film və serialda rol alıb. O, üç dəfə - 1975, 1990 və 1991-ci illərdə - "Ən yaxşı ikinci dərəcəli aktrisa" nominasiyasında "Oskar" mükafatına namizəd olub. 1981-ci ildə "Qızıl Qlobus" mükafatına layiq görülüb.