Rusiya Hüseyn Həsənovu yenidən axtarışa verdi

Rusiya Hüseyn Həsənovu yenidən axtarışa verdi
427 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya azərbaycanlı bloger Hüseyn Həsənovu yenidən axtarışa verib.

Axşam.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. O, çirkli pulların yuyulmasında ittiham edilir.

Qeyd edək ki, bloger 2019-2021-ci illəri əhatə edən dövrdə vergi ödəməməkdə, eləcə də cinayət yolu ilə əldə olunan külli-miqdarda vəsaitin leqallaşdırılmasında təqsirləndirilir. Moskva məhkəməsi 170 milyon rublu vergidən yayındırmaqda təqsirləndirilən azərbaycanlı bloqer Hüseyn Həsənovun barəsində çıxarılan qiyabi həbs qərarını qanuni hesab edib. Hüseynin apellyasiya şikayəti təmin olunmayıb. Bildirilir ki, əgər onun təqsiri sübut olunarsa, blogeri 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Avqustun 20-də vergi xidməti Hüseynin “Banda” MMC şirkətini də ləğv edib.

Hüseyn uzun müddətdir Rusiyadan köçüb və Azərbaycanda yaşayır.