Sabah Zəfər Günü ilə bağlı yürüşlər keçiriləcək

Sabah Zəfər Günü ilə bağlı yürüşlər keçiriləcək
491 dəfə oxunub
  • A-
  • A
  • A+

8 Noyabr Zəfər Gününün beşinci ildönümü münasibətilə sabah Bakıda və bəzi yerlərdə hərbi orkestrlərin iştirakı ilə yürüşlər keçiriləcək.

Axşam.az xəbər verir ki, yürüşlər saat 10-12:00 aralığında təşkil olunacaq. 

Bakı şəhəri üzrə:
- Şəhidlər Xiyabanı - “Alov Qüllələri” Kompleksi - “İçərişəhər” metrosu - Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;
- Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;
- “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospekti;

Sumqayıt şəhəri üzrə:
Dənizkənarı Bulvar ərazisi;

Naxçıvan şəhəri üzrə:
Dilqəm Pişəvəri, Əziz Əliyev küçələri və Heydər Əliyev prospektinin kəsişməsindən “Zəfər Parkı”nadək;

Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə və prospektləri.