Nyu-York - Tokyo arası məsafə 60 dəqiqəyə enəcək

Nyu-York - Tokyo arası məsafə 60 dəqiqəyə enəcək
766 dəfə oxunub
  • A-
  • A
  • A+

Nyu-York və Tokyo arasında bir saat davam edəcək kosmik uçuşlar həyata keçiriləcək.

Axşam.az xəbər verir ki, uçuşun gediş-dönüş qiyməti təxminən 657 min dollar olacaq. Uçuşlar okeandakı üzən platformadan həyata keçiriləcək, layihənin məqsədi isə yer üzərində istənilən iki nöqtəni cəmi 60 dəqiqəyə birləşdirməkdir.

Kosmik uçuşların 2030-cu ilə qədər başlaması planlaşdırılır. Ön müraciətlər isə 2026-cı ildən etibarən qəbul ediləcək.