Balqabaqdan hazırlanan portreti rekord qırdı - Foto

Balqabaqdan hazırlanan portreti rekord qırdı - Foto
3410 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük Britaniyada fermerlər Helouin bayramı münasibətilə məşhur rok musiqiçisi Ozzi Osbournun portretini balqabaq və kabak düzəldiblər. 

Axşam.az xəbər verir ki, bu nəhəng əsər Ginnesin Rekordlar Kitabına daxil edilib.

Məlumata görə, mozaikanın ümumi sahəsi 212 kvadratmetr təşkil edir ki, bu da təxminən bir tennis kortunun ölçüsünə bərabərdir. Rekord Sauthemptondakı Sunnyfields fermasında qeydə alınıb. İnstallasiyanın açılış mərasimində “Qaranlığın Şahzadəsi”nin ailə üzvləri də iştirak ediblər.