Əməkdar artist Elza Seyidcahan sosial şəbəkədə sənət və səhnə haqda paylaşım edib.
Axşam.az xəbər verir ki, yeni şəkillərini izləyiciləri ilə bölüşən sənətçi paylaşımında sənətin dəyərliliyindən və əsl sənətkarların zamanla ölçülmədiyini bildirib:
"Əsl sənətkarın dövrü keçmir. O, hər dövrdə səhnəni silkələyir, hər notu ilə iz qoyur. Bəziləri gündəmdə qalmaq üçün səhnəyə çıxır, amma biz səhnəyə çıxanda gündəm rahatlanır. Zaman dəyişir, adlar gəlir-gedir, amma sənət qalır, səhnə isə həmişə sahibini tanıyır".