Bakıda 8 Noyabr – Zəfərin beşinci ildönümünə həsr olunmuş atəşfəşanlıq keçirilib.
Axşam.az xəbər verir ki, Zəfər Günü ölkəmizin bütün bölgələrində olduğu kimi, paytaxtda da böyük coşqu hissi ilə qeyd olunub.
Zəfər Günü münasibətilə Dənizkənarı Milli Parkda tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilib. Konsertin sonunda atəşfəşanlıq olub.