Hollivud ulduzu Ancelina Coli Ukraynaya səfəri haqqında danışıb.
Axşam.az xəbər verir ki, aktrisası bir neçə gün əvvəl Xerson şəhərinə getməsi ilə bağlç sosial şəbəkədə paylaşım edib.
Aktrisa dron hücumlarından bəhs edib və ölkələri diplomatik həll yollarına çağırıb:
“Elə bir an oldu ki, dron başımızın üzərindən keçənə qədər dayanıb gözləməli olduq” deyə, Coli yazıb.
Bununla belə məşhur aktrisa onu müşayiət edən sürücünün səfər zamanı səfərbərliyə cəlb olunması ilə bağlı insidenti qeyd etməyib. Sürücünün sözlərinə görə, onu blokpostda saxlayıb, hərbi komissarlığa aparıblar ki, “bəzi detalları dəqiqləşdirsinlər”. O bildirib ki, sənədləri qaydasında olub və yaxın zamanda keçdiyi tibbi müayinənin nəticələri də yanında olub.
