Məşhur müğənnidən ev şəraitində çəkilmiş ağ-qara klip – video

Məşhur müğənnidən ev şəraitində çəkilmiş ağ-qara klip – video
2912 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli müğənni Nikol Şerzingerin “On The Rock” (“Qayanın üstündə”) layihəsinin eyniadlı klipi işıq üzü görüb.
 
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, klip ev şəraitində ağ-qara lentə alınıb. Ekran işinin ərsəyə gəlməsi üçün bir mənzil, cazibədar oğlan və Nikolun alt paltarda görüntüləri kifayət edib. N.Şerzinger bildirib ki, klip onun şəxsi həyat hekayəsinə həsr olunub:
 
“Bu mahnı ayrılıq haqqındadır. Mənim hekayəmi danışdığı üçün bəstəni çox bəyənirəm. İstəyirəm ki, eyni problemləri yaşayan qızlar mahnıdan güc alsınlar. Bu klip indiyə kimi ən sevdiyim işimdir”.

Xatırladaq ki, hal-hazırda şəxsi həyatında problemlər olmayan ulduz bir neçə ay öncə “Formula-1” yarışmasının qəhrəmanı Luis Hamiltonla nişanlanıb.