Rusiyalı reper Timati dənizin dərinliklərində nəhəng balina ilə birlikdə üzərkən çəkilmiş fotolarını sosial şəbəkələrdə paylaşıb.
Axşam.az xəbər verir ki, üzərkən reperin yanında oğlu Ratmir də olub. O, paylaşdığı şəkillərə bu sözləri qeyd edib:
“Dərinliklərin əzəli sakinlərinin qonağı oldum. Onlar Kainozoy erasının öz növündə sonuncu nəhəng “uşaqlarıdır”. İxtiozavrlardan sonra 66 milyon il əvvəl yaranan və bu günədək mövcud olan canlılardır. Onları bir dəfə də olsa canlı görmək, ekspedisiya etmədən belə bu canlılarla üzmək böyük xoşbəxtlik və nadir bir şansdır.”