Tanınmış müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması ilə bağlı xəbər yayılıb.
Axşam.az-ın Manset.az-a istinadən məlumatına görə, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə bu dəqiqələrdə Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Ətraflı məlumat veriləcək.
***
Axşam.az APA-ya istinadən xəbər verir ki dəymiş zərərin müəyyən hissəsinin ödənilməsi və zərərçəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən, onun barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.
Cinayət işi üzrə polis tərəfindən istintaq tədbirləri davam etdirilir.