“Nəriman Həsənzadəyə böyrək çatışmazlığı diaqnozu qoyulub”

“Nəriman Həsənzadəyə böyrək çatışmazlığı diaqnozu qoyulub”
528 dəfə oxunub
  • A-
  • A
  • A+

“Nəriman Həsənzadə hazırda Mərkəzi Klinik Xəstəxanadadır, müalicəsi davam edir”.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Xalq şairinin köməkçisi Arif Mehmandost açıqlamasında deyib.

“Ona böyrək çatışmazlığı diaqnozu qoyulub. Böyrəyindən müalicə alır. Hazırda vəziyyəti yaxşıdır. İnşallah, hər şey də yaxşı olacaq”, - o qeyd edib.

Xatırladaq ki, 94 yaşlı N.Həsənzadə ötən gün xəstəxanaya yerləşdirilib.