Kevin Speysi evsiz qalıb

Kevin Speysi evsiz qalıb
320 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud aktyoru Kevin Speysi çoxillik məhkəmə çəkişmələri fonunda evsiz qalıb. 

Axşam.az xəbər verir ki, bu barədə aktyor "The Telegraph"a verdiyi müsahibədə danışıb. O bildirib ki, Baltimordakı evi hərracda satılıb və indi daim yaşayış yerini dəyişir:

“Mən otellərdə və Airbnb-dəki əmlaklarda qalıram, harada iş varsa ora gedirəm. Əslində, indi heç bir evim yoxdur”.

Aktyor vurğulayıb ki, ilk ittihamlardan sonrakı yeddi il ərzində hüquqi xərcləri çox yüksək olub:

“Demək olar ki, gəlirim olmayıb, pulum isə yalnız xərclənib”.

Qeyd edək ki, 2017-ci ildən bəri Speysiyə qarşı ondan çox seksual xarakterli təcavüz ittihamı irəli sürülüb. Londonda 2023-cü ildə, ABŞ-də isə 2022-ci ildə bəraət almasına baxmayaraq, Speysinin Hollivud karyerası ciddi zərbə alıb.

Son illər aktyor yalnız gənc rejissorların aşağı büdcəli layihələrində və Kiprdə keçirilən şou proqramlarda iştirak edib. Buna baxmayaraq, o, yenidən böyük ekrana qayıdacağına ümid edir.