Türkiyəli fenomen Dilan Polat ailəsi ilə qalmaqal yaşayıb.
Axşam.az xəbər verir ki, Polat Urfada ailəvi tətilə yollanıb. Qəfildən baldızı ilə arasında mübahisə düşüb.
Söhbət əsnasında Dilanın baldızı Kübra Mert Hazala "Sənsiz bura dözülməzdir" deyib. Bu isə Dilanın xoşuna gəlməyib və vəziyyət tez bir zamanda gərginləşib. Bu sözlərdən inciyən Dilan sussa da, aralarında qısa müddətlik gərginlik yaranıb. Ailə üzvlərinin müdaxiləsi ilə mübahisə səngiyib.
Həmin anın görüntüsü sosial şəbəkədə paylaşılıb.