Van Qoqun bu əsəri 62 milyondan baha satıldı

Van Qoqun bu əsəri 62 milyondan baha satıldı
475 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli rəssam Vinsent Van Qoqun “Paris romanlarının yığımı və stəkanda qızılgüllər” adlı tablosu Nyu-Yorkda keçirilən "Sotheby's" hərracında 62,7 milyon dollara satılıb.

Axşam.az xəbər verir ki, tablo ilkin qiymətləndirmədən 35 faiz baha qiymətə yeni sahibini tapıb.

Həmin hərracda həmçinin rəssamın 1888-ci ildə qələm və tuşla çəkdiyi iki eskizi də satılıb. Onlardan biri 2,97 milyon, digəri isə 11,15 milyon dollara alıcıya təqdim edilib.