Məşhur alman aktyoru Udo Kir vəfat edib.
Axşam.az xəbər verir ki, 82 yaşında dünyasını dəyişən aktyorun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Udo Kir (əsl adı – Udo Kirspе) 200-dən çox filmdə çəkilib. Ona ən böyük şöhrəti Endi Uorhol ilə birgə yaratdığı ilk işləri gətirib. O, Pol Morrissinin rejissorluğu və Uorholun prodüserliyi ilə çəkilən “Frankenşteyn üçün bədən” (1973) və “Drakula üçün qan” (1974) filmlərində baş rolları canlandırıb. Bu filmlər klassik Hollivud canavar obrazlarının yeni versiyası idi.
Kir “Stansiya rəisinin arvadı”, “Üçüncü nəsil”, “Mənim şəxsi Aydaho ştatım”, “Dalğaları yararaq”, “Qaranlıqda rəqs”, “Doqvill”, “Melanxoliya” və “Nimfomanyak. II hissə”, “Epidemiya”, “Avropa”, “Lili Marlen” filmlərində, həmçinin “Krallıq” adlı qorxu serialının bir neçə bölümündə rol alıb.
Kirin son böyük işlərindən biri Kleber Mendonsa Filionun “Gizli agent” filmi olub.