"Həmin sənət adamlarına demək lazımdır ki, "dilənirsiniz"

"Həmin sənət adamlarına demək lazımdır ki, "dilənirsiniz"
799 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev sənət adamlarının fəxri adlar almaq istəməsini qınayıb.

Axşam.az xəbər verir ki, bəstəkar "Sözüm var" layihəsində fəxri adların Azərbaycan incəsənətinə zərər vurduğunu açıqlayıb:

"Heç vaxt şöhrət haqqında düşünməmişəm. Adlardan giley-güzar edənlər haradan bilirlər ki, buna layiqdirlər? Bunun bir ölçüsü var ki, deyirsən, mən layiqəm. Niyə belə yekəxanasınız? İnsanda təvəzökarlıq olmalıdır. Görün, vəziyyət necədir ki, cəmiyyətdə bunu açıq-aşkar dilə gətirirlər. Heç kim də onları utandırmır. Bunu birinci kanallar etməlidir. Aparıcılar deməlidir ki, ayıb olsun sizə, dilənirsiniz. Vermirlər, deməli layiq deyilsən. Mənim fikrimcə fəxri adlar Azərbaycan incəsənətinə zərərdir. Araşdırma apardım, içində yazçılar, bəstəkarlar, müğənnilər, aktyorlar olmaq şərti ilə bir insan da tapmadım ki, ən yüksək fəxri adı alandan sonra ən yaxşı əsərini yaratsın. Eləsi yoxdur. Amma eləsi var ki, 40-45 yaşında bütün fəxri adları alır, amma bundan sonra bir 30-40 il də yaşayacaq. Necə yaşayacaq? Daxilindəki eşq sönüb ki, artıq hər şeyi aldım".