Türkiyəli aktrisa Melis İşitenlə aktyor Atakan Özkayanın sevgili olduğu iddia edilib.
Axşam.az xəbər verir ki, 36 yaşlı aktrisa ilə 27 yaşlı aktyorun bir müddət əvvəl münasibətə başladığı deyilib.
Xatırladaq ki, aktyorlar 3 ay əvvəl proqramlardan birində birgə qonaq olmuşdular.
Qeyd edək ki, Melis daha əvvəl aktyor Uraz Kayqılaroğlu ilə ailəli olub, bir qızları var. Atakan isə hazırda reytinqli seriallardan olan "Uzak şehir"də çəkilir.