Xəbər verdiyimiz kimi, bu gün müğənni Tacir Şahmalıoğlunun evində xeyir işdir.
Axşam.az-ın məlumatına görə, sənətçinin övladı Şahmalının nişanıdır. O, Aytac adlı xanımla ailə qurmağa hazırlaşır.
Şəhər restoranlarından birində keçirilən məclisdən görüntüləri aparıcı Aytəkin Mərdanova sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, cütlüyün toyu mayın 15-də olacaq.
